İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda müxalifətin mitinqlərində iştirak üçün tələbələrə pul payladığı iddia olunur

Ermənistan İstintaq komitəsi Avetik Çalabyan adlı müxalif siyasətçinin həbs edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, adı çəkilən adam Ermənistanın Kənd təsərrüfatı universitetinin tələbə şurasının sədrinə pul verərək tələbələri müxalifətin mitinqlərinə cəlb etməkdə ittiham olunur.

İstintaq komitəsi bununla bağlı audio səs yazılarını da yayımlayıb. Qurumun rəsmi bəyanatında mitinqə gələn hər tələbə üçün şura sədrinə 1000 dram (təqribən 2,17 ABŞ dolları) pul vəd edildiyi bildirilir.

Bundan başqa Tələbə şurasının sədrinin özünə 2000 tələbənin gətirilməsi üçün 2 milyon dram ( təqribən 4400 dollar) pul vəd olunduğu iddia edilir. Bütün bunlarda vasitəçi rolunun isə Avetik Çalabyan tərəfindən icra edildiyi qeyd olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR