İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda müxalifətçi deputat Mher Saakyan cinayət məsuliyyətinə cəlb olunacaq

Bu gün Ermənistan parlamenti müxalifyönlü “Hayastan” blokundan olan deputat Mger Saakyana qarşı cinayət işinin başlanmasına dair gizli səsvermənin nəticələrini açıqlayıb.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə parlamentdə Ermənistanın Baş prokurorluğu müvafiq vəsatətlə çıxış edib.

Sorğu bu ilin martin 31-də baş verən insidentlə əlaqədar olub. Belə ki, parlamentin dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının iclası zamanı Mger Saakyan, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Vladimir Vardanyana zərbə endirib. Sonuncu qaşlarından, burnundan xəsarət alıb, sol üst və alt göz qapaqlarında qanaxma olub.

Baş Prokurorluğun vəsatətini 65 deputat yekdilliklə dəstəkləyib. Parlament müxalifəti səsvermədə iştirak etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR