İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda merin qohumunu güllələdilər

Ermənistanın Araqasotn vilayətinin Abaran şəhərində silahla həyata keçirilən və insan ölümü ilə nəticələnən insident baş verib.

Musavat.com erməni mediasına istinadənxəbər verir ki, atəş nəticəsində ölən şəxs şəhərin meri Karen Yeqiazaryanın qohumu Tiqran Arutyunyanındır. Məlumatı Ermənistanın Abaran şəhər administrasiyası da təsdiqləyib.

Xatırladaq ki, yerli mətbuatın məlumatına əsasən, iyunun 19-da Araqatsotn rayonunun Niqavan kəndində də hakim “Vətənda sazişi” partiyasının üzvlərinin qohumları Ermənistanın baş naziri Nikol Paşinyanı söydükləri üçün bir qrup gənci güllələyiblər. Hakim partiyadan olan deputat Matevos Asatryanın və vilayət qubernatorunun müavini Edqar Pırvanyanın yaxınları gənclərlə mübahisə edib və onlara "Kalaşnikov" avtomatı ilə atəş açıblar. Həkimlər yaralılardan birinin dünyasını dəyişdiyini, digərlərinin isə “Ermənistan” və “Astqik” tibb mərkəzlərinə yerləşdirildiyini bildiriblər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR