İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “mandatsızlaşdırma” prosesinə start verildi

Ermənistanda siyasi sayıqlıq məqsədilə “mandatsızlaşdırma” prosesinə start verilib. “Mülki müqavilə” fraksiyası İrəvan Ağsaqqallar Şurasının 3 müxalifət üzvünü mandatdan məhrum etmək istəyir.

Musavat.com caliber.az-a istinadən xəbər verir ki, hakim partiya “Milli Tərəqqi” fraksiyasının rəhbəri Qriqor Yeritsyanın, “İctimai səs” fraksiyasının üzvləri Anuş Xudaverdyan və Anuş Qinosyanın səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək istəyir.

Qərar layihəsi Şuranın sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Məlum olub ki, “Milli Tərəqqi”dən Qriqor Yeritsyan rəhbərlik etdiyi komissiyanın 7 iclasından cəmi 1-də, Şuranın 5 iclasından isə 1-də iştirak edib. Onun “İctimai səs”dəki həmkarları Anuş Xudaverdyan və Anuş Qinosyan da o qədər fəal olmayıblar və səslərin yarıdan çoxunu itiriblər.

Yeritsyan da öz növbəsində sosial şəbəkədə yazıb ki, bu, mer Tiqran Avinyanın “qisas almaq” və rəqiblərindən azad olmaq cəhdidir. Onun sözlərinə görə, bu, təhlükəli presedent yaradır, çünki hakimiyyət heç vaxt müxalifət fraksiyasının rəhbərini mandatdan məhrum etməyib.

Daha əvvəl İrəvanın keçmiş meri Ayk Marutyan, “Ana Ermənistan” blokunun üzvləri Narine Ayrapetyan və Sona Axekyan mandatlarından məhrum ediliblər.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR