İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda korrupsioner məmurlar cinayət məsuliyyətindən yayınırlar – FAKTLAR

Son illər Ermənistanda korrupsiyada təqsirli bilinən daha çox məmur qanunsuz əldə etdiyi əmlakı qaytarmaqla cinayət məsuliyyətindən yayınıb.

Bu mexanizm 2020-ci ildə “Qanunsuz əmlakın müsadirəsi haqqında” Qanunun qəbulu ilə tətbiq edilib.

Sənədə əsasən qanunsuz varlanan şəxslər dövlətə dəymiş ziyanı ödəyə və bununla da həbsdən yayına bilirlər.

Sonuncu belə hadisə sentyabrın 12-də qeydə alınıb: prokurorluq bildirib ki, sabiq müdafiə nazirinin müavini Alik Mirzəbekyan 500 min dollara yaxın təzminat ödəməyə razılaşaraq barışıq sazişi bağlayıb. Onun qanunsuz olaraq daşınmaz əmlak, nəqliyyat vasitələri və bank əmanətləri əldə etməsi müəyyən olunub.

Ötən il isə Ermənistanın üçüncü prezidentinin mühafizə xidmətinin keçmiş rəisi Vaçaqan Kazaryan, sabiq polis rəisi Vladimir Qasparyanın qızı, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan və paytaxtın Erebuni rayonunun keçmiş rəhbəri Armen Arutyunyan kimi tanınmış simalar da oxşar cinayət təqibindən yayınıblar.

Cinayət təqibindən daha çox təzminatların təmin edilməsi təcrübəsi mübahisəlidir. Bu, bir tərəfdən dövlətə itirilmiş resursları tez bir zamanda bərpa etməyə imkan verir, digər tərəfdən isə ciddi ictimai narazılığa səbəb olur. Çoxları hesab edir ki, bu, vicdansız məmurlar üçün bir növ boşluğa çevrilə bilər və onlara hər an cəzadan qurtulmağa imkan verir.

Vəkillər isə bildirirlər ki, yüksək vəzifəli məmurlar dövlətdən oğurluq edir, sonra isə “hesabı” verirlər.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR