Onlayn ictimai-siyasi qəzet
Konstitusiya Məhkəməsi Müstəqillik Bəyannaməsini ləğv etməyib.
Musavat.com bildirir ki, bunu yerli jurnalistlər üçün keçirdiyi brifinqdə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan deyib.
Dilanyan Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı səslənən tənqidlərə, o cümlədən Konstitusiya Məhkəməsinin hakimi Qrayr Tovmasyanın fərqli rəyinə toxunaraq deyib: “Bizim 3 fərqli rəyimiz var, onlardan ikisi birgə yazılıb. Ayrı-ayrılıqda Konstitusiya Məhkəməsinin 8 hakiminin rəyinə niyə bu qədər təfərrüatlı yer verilmədiyi məlum deyil.
Ciddi hüquqi tənqid və ya mübahisədən başqa hər şeyi müşahidə etdim. Bunun nə üçün hüquqi baxımdan yanlış olduğuna dair heç bir tənqidlə qarşılaşmamışam”.
Konstitusiya Məhkəməsinin sədri vurğulayıb ki, Müstəqillik Bəyannaməsini heç kim ləğv edə bilməz: “Ləğv edə biləcək bir subyekt var – bu xalqdır, İstiqlal Bəyannaməsini yalnız xalq ləğv edə bilər”.
“Ola bilərmi Konstitusiya Məhkəməsi Müstəqillik Bəyannaməsini ləğv etməyib, lakin buna baxmayaraq, öz qərarı ilə onu hüquqi qüvvədən məhrum edib” sualına Dilanyan belə izah edib: “Konstitusiya Məhkəməsi 30 ildir mövcud olan bir şeyi deyib, Konstitusiya Məhkəməsi yeni heç nə deməyib. 30 il ərzində Konstitusiya son hüquqi sənəd kimi qəbul edilib və İstiqlal Bəyannaməsi heç vaxt Konstitusiyanın tam tərkib hissəsi olmayıb.
İstiqlal Bəyannaməsinə və Konstitusiyaya baxsanız, məzmunca müqayisə etsəniz, eyni hüquqi müstəvidə yerləşdirməyə çalışsanız, bu ziddiyyətləri necə həll edəcəyinizi anlamıram. Bütün 30 il ərzində heç kimdə belə bir təəssürat yaranmayıb, sadəcə olaraq, biz ilk dəfə olaraq problemi dərindən öyrəndik və mövcud reallığı qeydə aldıq, Konstitusiya Məhkəməsi yeni heç nə demədi”.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ