İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “kokain işi”- yeni məqamlar ortaya çıxdı  

 

Ermənistanda bir ton kokainin yaxalanması ilə bağlı proses dərinləşir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, kokainlərin paketlərlə gətirildiyi meyvə firmasının sahibi, Ermənistan parlamentinin keçmiş deputatı Mihran Poqosyanın özü narkotik barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Lakin bu da onu xilas etməyib.

Milli Təhlükəsizlik Xidməti Mihran Poqosyanın və onun şirkətinin əməkdaşlarının həbsi prosesinə başlayıb.

“Ümid edək ki, ibtidai istintaq orqanı bununla məhdudlaşmayacaq və növbə “böyük balıqlara” gələcək, çünki siyasi hakimiyyət daxilindən dəstək olmasa, 1 ton heroin Ermənistana keçə bilməzdi”,-deyə qəzet yazır.

Xatırladaq ki, dünən Milli Təhlükəsizlik Xidməti tərəfindən “Mrgeni” şirkətinin faktiki sahibi Miqran Poqosyan, həmçinin şirkətin direktoruna qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bir vaxtlar Ermənistanın Məhkəmə qərarlarının icrası idarəsinə də rəhbərlik etmiş eks-deputat hazırda axtarışa verilib.

“Joxovurd”un yazdığına görə, İqran Poqosyan hazırda Rusiyada yaşayır və hətta yerli hüquq-mühafizə orqanları ilə əlaqəsini kəsməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR