Onlayn ictimai-siyasi qəzet
Paşinyana qarşı kilsənin və Rusiya yönümlü qüvvəlırjn birlikdə başlatdıqları etirazlar davam edir.
Musavat.com Ermənistan Telegram kanallarına istinadən xəbər verir ki, 26 may tarixindəki çoxminli etirazlarda keşiş Baqrat Qalstanyan bütün erməniləri itaətsizliyə çağırmışdı. Bütün Ermənistanda olmasa da, bəzi yerlərdə bu çağırışa reaksiyalar var.
Bu cür videoları çəkib, paylaşan müxaliflər iddia edirlər ki, “Vətən uğrunda Tavuş” hərəkatının dünənki mitinqində elan edilən itaətsizlik aksiyaları başlayıb.
Bu video konkret olaraq İrəvan-Əştərək avtomobil yolunun bağlanması haqdadır.
Ermənistanın "Milli Cəbhə" adlanan bloku xəbər verir ki, Arşaluys kəndi yaxınlığındakı İrəvan-Armavir yolu da bağlanıb, paytaxtın mərkəzində bir neçə küçə bağlanıb, polis etirazçıları həbs etməyə başlayıb.
@@TVmusavat/86863@@
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ