İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “islahatlar”- içməlisən, ancaq sərxoş olmalı deyilsən...  


Ermənistan Daxili İşlər Nazirliyi bildirir ki, 16 uelsli azarkeş “ictimai yerdə sərxoş olduqları üçün həbs edilib və sonra sərbəst buraxılıb”.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Caliber yayıb.

Ermənilər deyirlər ki, bar ictimai yerdir. Belə ki, tam dəqiq desək: Ermənistan polisi bara - ilk növbədə spirtli içki qəbul etmək üçün yaradılmış yerə gələnləri sərxoş olduqları üçün həbs edib.

Beləliklə, erməni barlarında həbs olunmamaq üçün gərək içsən də sərxoş olmayasan. Əks halda, ictimai yerdə sərxoş olduğunuz üçün həbs oluna bilərsiniz. Ermənistan polisinin “islahatı” tam sürətlə davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR