İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda film kimi oğurluq: Amerikalı qadını qaçırıb Qazaxla sərhədə gətirdilər və…

İrəvanda amerikalı biznesmenin həyat yoldaşı, 55 yaşlı qadının oğurlanması ilə bağlı sensasiyalı işin 4 təşkilatçısı və vasitəçisi həbs edilib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Qeyd olunub ki, sentyabrın 12-də keçirilən məhkəmədə hakim İrəvan sakini 37 yaşlı Vaçe İ., Tavuş sakini 49 yaşlı Arkadi P., 41 yaşlı Artem Muradyanın və Kotayk rayon sakini 42 yaşlı O.Artsrunun iki aylıq həbs olunmasını istəyib.

Müəyyən edilib ki, adam oğurluğunu ABŞ-dan Ermənistana qayıdan 37 yaşlı Vaçe təşkil edib və planlaşdırıb.

O, daha dörd nəfərin daxil olduğu bir qrup yaradıb. Onlar oğurladığı şəxsə görə 4 milyon dollar tələb ediblər, lakin qaçırılan qadının əri ilə uzun sürən danışıqlar nəticəsində məbləğ 800 min dollar endirilib.

Məlunmata görə, adam oğurluğu sentyabrın 4-də baş verib. Qadın Ermənistanın Tavuş rayonunun Voskepar kəndinə - Azərbaycanın Qazax rayonu ilə həmsərhəd əraziyə - aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarları sentyabrın 8-də tapıb saxlamağa nail olublar. Hadisəni törədən 5 nəfərdən üçü hava limanına gedərkən saxlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR