İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda cəzaçəkmə müəssisəsində bir qrup məhbus aclıq aksiyası keçirir

Ermənistanın “Armavir” cəzaçəkmə müəssisəsində bir qrup məhbus aclıq aksiyası keçirir.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlardan birinin vəziyyəti ağırdır.

Məlumata görə, cəzaçəkmə müəssisəsində 2 məhbus və 2 məhkum aclıq aksiyası keçirir.

Bildirilib ki, etiraza səbəb onlara qarşı qaldırılan cinayət təqibi ilə razılaşmamalarıdır.

Bundan əlavə, məhkumlardan biri onu özəl tibb mərkəzinə köçürməkdən imtina edildiyinə görə aclıq elan edib, digəri isə cəzaçəkmə rejiminin yumşaldılmasını tələb edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR