Onlayn ictimai-siyasi qəzet
Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan Zvartnots hava limanında gömrük işçilərinin günahı ucbatından ölən Braziliya vətəndaşı haqqında danışıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Xatırladaq ki, mətbuata görə, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin əməkdaşları 30 yaşlı vətəndaş Araujolim Lukasın əlində şüşəni görüb, içərisində nə olduğunu soruşub, o, “şərab” cavabını verib. Şüşənin içindəkini yoxlamaq əvəzinə, sonuncular braziliyalını içməyə məcbur edib, bundan braziliyalı qəfildən dünyasının dəyişib.
Badasyan hadisənin təfərrüatlarını özünəməxsus tərzdə təqdim edib. Onun sözlərinə görə, sözügedən şəxs böyük ehtimalla narkotik vasitə daşıyıb. Yoxlama sistemi onu hədəfə alıb və buna görə də təhqiqat aparılıb. “Yoxlama zamanı butulkalar götürülüb və vətəndaş yəqin ki, şübhələri aradan qaldırmaq üçün butulkadakı mayeni içməklə günahsızlığını sübut etmək qərarına gəlib. Təbii ki, bu, normal prosedur deyil. Hər şey qeyd olunur. Video materialda, əlbəttə ki, hər şeyi görmək olmur. Cinayət işi var. İstintaq Komitəsi bütün halları araşdıracaq”,-deyə Badasyan bildirib.
“Gömrük əməkdaşı xarici vətəndaşı necə narkotik içməyə məcbur edə bilərdi? Gömrükçü zorla onun ağzını açmayıb ki.. Acı hadisə olub, bununla zarafat etmək olmaz”, - deyə Rüstəm Badasyan rəhbərlik etdiyi strukturun əməkdaşına haqq qazandırmağa çalışıb.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ