İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda benzinin qiyməti kəskin bahalaşdı

Bu gün Ermənistanda benzin və dizel yanacağının qiyməti yenidən artıb.

Artım adi, premium növlər və dizel yanacağı üçün 20 AMD təşkil edib. Bu qiymət artımından sonra Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 490 dram (1,2 dollar), “Premium” benzinin qiyməti 520 dram (1,35 dollar), dizel yanacağının qiyməti isə 510 dram olub.

Xatırladaq ki, sonuncu dəfə kəskin qiymət artımı avqustun 11-də baş verib, o zaman artım 10 AMD olub.

Belə ki, son üç ay ərzində Ermənistanda benzin və dizel yanacağının qiyməti 140 dram artıb.//Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR