Onlayn ictimai-siyasi qəzet
Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədən Avropaya qanunsuz miqrasiyanın təşkili faktı ilə bağlı əməliyyat keçirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, İrəvanda fəaliyyət göstərən turizm agentliklərindən birinin sahibi və direktoru 3300 avro müqabilində başqa vətəndaşların qanunsuz miqrasiyasını təşkil ediblər.
Belə bir əslində kiçik görünən əməliyyatın Milli Təhlükəsizlik Xidməti tərəfindən keçirilməsi yerli media və ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ