Onlayn ictimai-siyasi qəzet
Hazırda xaricdə 5–6 milyon ukraynalı vətəndaş yaşayır.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın sosial siyasət, ailə və birliyin təminatı naziri Denis Ulyutin məlumat verib.
Nazirin sözlərinə görə, müharibə dövründə ölkəni tərk edənlərin böyük hissəsi Avropa ölkələrində məskunlaşıb. Onların bir qismi müvəqqəti statusla yaşayır, bir qismi isə artıq işləyir və sosial sistemlərə inteqrasiya olunub.
Eyni zamanda Almaniyanın ifo institutu oktyabr ayında Avropadakı ukraynalılar arasında sorğu keçirib. Nəticələrə görə, respondentlərin təxminən yarısı ölkə 1991-ci il sərhədlərinə qayıdarsa və Avropa İttifaqı ilə NATO-ya daxil olarsa, Ukraynaya dönməyə hazır olduqlarını bildirib.
Ulyutin qeyd edib ki, hökumət miqrantların mərhələli şəkildə və könüllü qayıdışı üçün sosial və iqtisadi proqramlar üzərində işləyir.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ