İnsanlara hürriyət, millətlərə istiqlal!

Çernobılda mavi tüklü itlər peyda olub – alimlər səbəbini araşdırır

Çernobılın qadağan olunmuş zonasında könüllülər parlaq mavi tüklü itlər müşahidə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Daily Mail yayıb.

Tədqiqatçıların sözlərinə görə, qeyri-adi rənglərinə baxmayaraq, heyvanlar tamamilə sağlam və aktiv görünürlər. Alimlər hesab edirlər ki, bu rəng dəyişikliyi ətraf mühitə yayılan kimyəvi maddələrin təsiri ilə bağlı ola bilər.

Əvvəlki genetik araşdırmalar göstərib ki, Çernobıl itləri 1986-cı il qəzasından sonra bölgədə qalan ev itlərinin nəslindən törəyiblər. Onlar illər ərzində radiasiya və ağır metallara qarşı dözümlülük qazanıblar.

Mütəxəssislər bildirirlər ki, mavi tüklü itlər bölgədə yaxın zamanda peyda olublar və hazırda bu fenomenin mutasiya, yoxsa kimyəvi reaksiya nəticəsində baş verdiyi araşdırılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR