İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda atəş səsləri-Avtomatdan…  

Avqustun 24-də Tavuş bölgəsində atəş səsləri eşidilib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Tavuş vilayət polis şöbəsinə Tavuş vilayətinin 43 yaşlı sakini Artaşes Matinyanın İcevan meşə təsərrüfatının ərazisində avtomat silahdan atəş açması barədə məlumat daxil olub.

Əldə edilən məlumata görə, həmin gün Ermənistanın Ətraf Mühit Nazirliyinin Hayantar SNCO-nun bir neçə nümayəndəsi yoxlamalar aparıb və bu zaman Matinyan narazılığını bildirib. Bildirilir ki, hər şey Matinyanla “Hayantar” SNCO-nun direktor müavini Simon Petrosyan arasında mübahisəyə çevrilib, bu zaman birinci bir neçə dəfə havaya atəş açıb və mübahisə etdiyi şəxsi qorxutmağa çalışıb.

Faktla bağlı İcevan polis idarəsi müvafiq sənədləri tərtib edib və Ermənistan İstintaq Komitəsinə verilib. Hüquq-mühafizə orqanları Matinyan və cinayətdə istifadə olunan avtomat silahın aşkarlanması istiqamətində tədbirlər görür.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR