Onlayn ictimai-siyasi qəzet
Dekabrın 1-də Ermənistanın Şirak rayonunda ağır yol qəzası baş verib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, İrəvan-Gümrü magistralının 190-cı kilometrliyində təxminən saat 11:40 radələrində BMW, Mercedes və Ford Transit markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində “Mercedes” və “Ford Transit” markalı avtomobillər aşıb. İki nəfər yerindəcə ölüb.
İlkin məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanları ölən və yaralananların şəxsiyyətini müəyyənləşdirir. Son məlumata görə, ölənlərdən biri hərbçidir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ