İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan xarici işlər naziri Ərdoğanın bu açıqlamasını şərh edə bilmədi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlament tribunasından Türkiyə prezidenti R.T. Ərdoğanın “Zəngəzur dəhlizi” ilə bağlı açıqlamasını şərh etməkdən imtina edib.

Moderator.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.

“Düzünü desəm, Türkiyə prezidentinin açıqlamasına, xüsusən üçüncü ölkələrin inteqrasiyasına və ya inteqrasiya olunmamasına aid olan hissəyə münasibət bildirməyəcəyəm. Amma mövzu ilə bağlı olduğu üçün mən regional infrastrukturun blokdan çıxarılmasından danışmalıyam. Ermənistan regionda nəqliyyat və iqtisadi infrastrukturların blokdan çıxarılmasında çox maraqlıdır. Aydındır ki, bu infrastrukturlar bir neçə prinsip əsasında açılmalıdır, məsələn, keçdikləri ölkələrin yurisdiksiyası və tabeliyi altında fəaliyyət göstərməlidirlər. Həmin infrastrukturlar bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında açılmalıdır”, - deyə Ararat Mirzoyan bildirib.

O, vurğulayıb ki, subyektiv təəssüratı ondan ibarətdir ki, xüsusilə baş nazirin müavini Mher Qriqoryanın son görüşləri zamanı müəyyən irəliləyiş var. “Lakin hələ də yekun nəticə əldə edə bilməmişik və təəssüf ki, onların olmamasının səbəbini hələlik açıqlaya bilmirik”, - deyə Ermənistan XİN rəhbəri vurğulayıb.

Xatırladaq ki, Ərdoğan “Zəngəzur dəhlizi”nin Ermənistanın deyil, İranın problemi olduğunu bəyan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR