İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Xankəndini təcili boşaldacaq - Akopyandan SENSASİYA

Ermənistanın Azərbaycanın 5 təklifinə cavab verməsindən sonra Xankəndidən səs-küylü xəbər gözləmək olar. Özünü “dqr” adlandıran respublikanın bütün “nazirləri”, “prezidenti”, “deputatları” təcili olaraq Xankəndini azad etməli olacaqlar.

Musavat.com Axar.az-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistan mətbuatına müsahibəsində Qarabağdakı separatçı rejimin “milli assambleyası”nın “ədalət fraksiyası”nın üzvü Metaxe Akopyan deyib.

“İrəvanın Azərbaycanın təklif etdiyi beş bəndə cavabının təfərrüatını yalnız Bakı onları qəbul etdikdən sonra ictimaiyyətə təqdim etməsi (Bakı Ermənistanın 5 təklifə 6 təkliflə cavabını “absurd yanaşma” adlandırıb – red.) artıq erməni xalqı üçün bir işarədir. İndi nəsə etməyə cəhd göstərmək belə mənasızdır. Bu bəndlərdə “dqr” lehinə heç bir müddəa görmədim. Ümumiyyətlə, bizə göstərildi ki, bütün bunların artıq heç biri olmayacaq. İrəvan Qarabağı rəsmən Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bu, onu göstərir ki, biz hamımız Ermənistana qayıtmalı olacağıq”, - o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR