Onlayn ictimai-siyasi qəzet
Avqustun 24-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.
Musavat.com bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın gündəliyi, o cümlədən tərəfdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlər müzakirə edilib.
Xarici işlər nazirləri regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər, o cümlədən regional logistika əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq gündəlikdəki aktual məsələlərə də toxunulub.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ