İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və İran rəsmiləri yenə bir arada - foto

Martın 22-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda səfərdə olan İran xarici işlər nazirinin müavini Əli Baqiri Kanini qəbul edib. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Respublika Təhlükəsizlik Şurasının ofisindən verilən məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın sabit inkişaf tendensiyası qeyd olunub.

“Həmçinin regional təhlükəsizliyin, sabitliyin və sülhün təmin edilməsinin vacibliyi qeyd edilib. Qriqoryan Ermənistan-Azərbaycan sərhədində və Qarabağdakı vəziyyəti təqdim edib. Həmsöhbətlər regionda təhlükə yaradan digər təhlükəsizlik məsələlərini müzakirə ediblər”-məlumatda bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR