İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və Hindistan daha da yaxınlaşır 

Ermənistanın yüksək səviyyəli nümayəndə heyətinin Hindistana səfərindən, eləcə də Qandinaqarda keçirilən DEFEXPO sərgisində iştirakından sonra iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın artması gözlənilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Hindistanın “India Narrative” saytı yazıb.

Sayt Ermənistanın müdafiə naziri Suren Papikyanın Hindistan səfərinə geniş məqalə yer ayırıb.

Məqalədə Ermənistanın müdafiə nazirinin hindistanlı həmkarı Şri Racnat Sinq ilə görüşdə ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə etdiyi vurğulanıb.

Məqalədə həmçinin Türkiyə və Pakistanın Azərbaycanı tam dəstəklədiyi xüsusi vurğulanıb və bunun fonunda rəsmi İrəvanın Yeni Dehli ilə güclü strateji tərəfdaşlıq qurmağa çalışdığı qeyd olunub.

Qeyd edək ki, 2020-ci ildə Hindistan Ermənistana ümumi dəyəri 40 milyon dollar olan 4 ədəd “Swathi” radarı verib. Bundan başqa, Ermənistana “Pinaka” uzaqmənzilli raket kompleksləri, “Akash” tipli tank əleyhinə idarə olunan raketlər və raket komplekslərinin satılması planlaşdırılır. Bu yaxınlarda tərəflər 250 milyon dollar dəyərində silah tədarükü üçün müqavilə imzalayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR