İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir- ŞOK DETALLAR 

 

Ermənistan Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından bəri Moskvanın Qərb sanksiyalarından yan keçmək üçün mühüm vasitələrindən birinə çevrilib.

Musavat.com xəbər verir ki, bu barədə "Euronews" saytında dərc olunan məqalədə bildirilir. 

Ermənistanın bu fəaliyyətlərinə Rusiya qiymətli daşlarının və qızılının reeksportu da daxildir.

Məqalədə qeyd edilir ki, 2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib, bu isə ölkədə hasil edilən miqdardan 30 dəfə çoxdur.

Məqalə müəllifi vurğulayır ki, Ermənistan Rusiyaya Qərb sanksiyalarının mənfi təsirini əhəmiyyətli dərəcədə azaltmağa kömək edib. Ermənistanın Moskva ilə iqtisadi əlaqələri qlobal sabitliyi sarsıdır və hazırkı geosiyasi vəziyyət Ermənistanın bu əlaqələrdən qazanc əldə etdiyini göstərir.

Eyni zamanda, Ermənistanın iqtisadi artımının Rusiyayla ticarətin artması ilə stimullaşdırıldığı və bunun dolayı yolla Ukraynadakı müharibə tərəfindən subsidiyalaşdırıldığı qeyd olunur.

Diplomatik arenada isə Ermənistanın baş naziri Nikol Paşinyan guya ölkəsini Rusiyadan uzaqlaşdırmağa çalışır, xüsusilə son dövrlərdə bu istiqamətdə addımlar atır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR