İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan şirkəti sanksiyalı malları Rusiyaya satmağa çalışdı, məhkəməyə verildi

Rusiyanın dördüncü ən böyük hava şirkəti olan UTair Hava Yolları Ermənistana məxsus Aquila Technics MMC şirkətinin bank hesablarına həbs qoyulması ilə bağlı Tümen Arbitraj Məhkəməsində iddia qaldırıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, iddiada imzalanmış müqavilə çərçivəsində yüz milyonlarla rubl vəsaitin Ermənistan şirkətinə köçürülməsinə baxmayaraq, onun müqavilədə nəzərdə tutulan təyyarə mühərriklərinin tədarükünü həyata keçirmədiyi, həmçinin ödənilən pulu belə geri qaytarmadığı qeyd olunur.

İddiadan aydın olur ki, müqavilə 2022-ci ilin may ayında imzalanıb. Sənəd Rusiya şirkətinə “Boeing” və “Airbus” mühərriklərinin tədarükünü nəzərdə tuturdu. Hansı ki, həmin vaxta qədər hər iki şirkət artıq öz məhsullarının Rusiyaya satışını qadağan etmişdi. Bu isə o deməkdir ki, Ermənistan şirkəti sanksiya altında olan malları Rusiya şirkətinə çatdırmaq öhdəliyi götürübmüş.

Utair Aquila Technics MMC-nin cari hesablarındakı vəsaitlərə və şirkətin əmlakına, iddia qiyməti həddində – 174,66 milyon rubl və 1,5 milyon dollar müsadirə şəklində ilkin müvəqqəti tədbirlərin görülməsini xahiş edib. Hazırda Aviaşirkət Xantı-Mansiysk Muxtar Dairəsində qeydiyyata alındığı və iddianın Tümen arbitrajında verildiyi üçün yurisdiksiya seçimi ilə bağlı izahat verənə qədər iddiaya baxılması gözlənilmir.

Aquila Technics MMC Ermənistanın paytaxtı İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanında yerləşir. Şirkət Boeing 737CL və Airbus A320 təyyarələrinə texniki xidmət göstərir, Air Arabia, Fly Dubai, Aegean və Qatar Airways ilə əməkdaşlıq edir.
UTair-in rəsmi saytında verilən məlumata görə, daşıyıcının donanmasına üç Boeing 767-200, 17 Boeing 737-800 və altı Boeing 737-400 təyyarələri daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR