Onlayn ictimai-siyasi qəzet
Ermənistan Silahlı Qüvvələri Naxçıvanla sərhədə əlavə hərbi bölmələr cəlb edib.
Musavat.com xəbər verir ki, bu barədə "Bez Tormozov" kanalı görüntülər və məlumat yayıb.
Qeyd edək ki, son günlərdə Ermənistanın Sünik vilayətinin müxtəlif istiqamətlərində hərbi texnika və canlı qüvvə ilə müşahidə olunan fəallıq artıb. Xüsusilə Naxçıvanla sərhədyanı ərazilərdə gərginliyin yüksəldiyi bildirilir.
Hərbi ekspertlərin fikrincə, Ermənistanın bu cür hərbi aktivliyi regionda onsuz da kövrək olan sülh prosesinə mənfi təsir göstərə bilər.
Hazırkı vəziyyət sərhəddə yeni bir gərginliyin başlanğıcı kimi qiymətləndirilir.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ