Onlayn ictimai-siyasi qəzet
2022-ci ilin sentyabrında Ermənistanın əl atdığı təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı itkin düşən Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisinin şəxsiyyəti dəqiqləşdirilib.
Musavat.com bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, Azərbaycan tərəfindən Ermənistana təhvil verilən erməni hərbçilərin qalıqları məhkəmə-tibbi və məhkəmə-genetik ekspertizasında araşdırılıb. Artıq ekspertizanın rəyləri alınıb, nəticədə Ermənistan Silahlı Qüvvələrinin harada olduqları məlum olmayan iki hərbçinin şəxsiyyəti müəyyən edilib. Bildirilir ki, artıq 2022-ci ilin sentyabr döyüşləri nəticəsində itkin düşənlər yoxdur.
İndiyədək hərbi xidmətə çağırılan 19 yaşlı əsgər Tornik Sarkisyan və 33 yaşlı müqaviləli əsgər Şiraz Xaçatryan itkin düşmüş hesab olunurdu.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ