İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Səhiyyə nazirliyində QALMAQAL

“Milli Ağciyər Mərkəzində insanlar işləyirlər və hətta qızılcaya belə tutulurlar. Qalmaqalın səbəblərini başa düşə bilmirəm”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan söyləyib.

Qeyd edək ki, Ermənistanın Milli Ağciyər Mərkəzində bir neçə adamın qızılca xəstəliyinə tutuluduğu və onların müalicəsininin ixtisaslaşdırılmış tibb müəssisəsində deyil, mərkəzin özündə təşkil olunduğu barədə xəbərlər yayılıb.

“Bəli, 2 tibb işçisi xəstələnib və sağalıb; başqa tibb müəssisələrindən də xəstələnənlər olub. Burada problem nədir?” - deyə nazir mətbuata təpki göstərib.

Anahit Avenasyan buna görə heç bir halda istefa verməyəcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR