İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan səfirindən görünməmiş həyasızlıq: Azərbaycan səfirinə böhtan...

Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan görünməmiş həyasızlığa əl atıb.

Musavat.com Politico-ya istinadən xəbər verir ki, o, Brüsseldə Türkiyə səfirliyinin ölkənin milli günü şərəfinə təşkil etdiyi qəbulda Azərbaycanın Brüsseldəki səfiri Vaqif Sadıqov tərəfindən ölümlə hədələndiyini iddia edərək, Brüsseldəki digər diplomatik nümayəndəliklərə rəsmi etiraz göndərib.

Erməni səfir məktubda Azərbaycan səfiri tərəfindən “şifahi hücumlara və hədə-qorxulara” məruz qaldığı, “həyatına birbaşa təhdidlər” olduğunu iddia edir.

Maraqlıdır ki, bu, 2020-ci il müharibəsindən sonra Ermənistan səfirliyinin Ankaranın sponsorluğu ilə dəvət edildiyi ilk tədbirdir.
Azərbaycan səfiri V.Sadıqov öz növbəsində xəbəri təkzib edərək, bu cür ittihamların “gülməli” olduğunu deyib. O, qəbulda “yaxşı yeməklər, gözəl insanlar” olduğunu və “standart diplomatik tədbir” olduğunu bildirib: “Mənim heç bir məktubdan və ya ittihamdan xəbərim yoxdur - erməni diplomatlar istədiklərini deyə bilərlər”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR