İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyaya müraciət etdi-səbəb

 

Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi iki ölkənin müvafiq idarələri arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlığa dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin aparılması xahişi ilə Rusiya tərəfinə rəsmi müraciət edib.

Musavat.com bildirir ki, bu barədə Ermənistanın yüksək texnoloji sənaye nazirinin müavini Avet Poqosyan “Armenpress” dövlət xəbər agentliyinə müsahibəsində bildirib. Məlumata görə, Rusiya tərəfi dəvəti qəbul edib və Ermənistanla Rusiya arasında kütləvi telekommunikasiya sahəsində dövlətlərarası sazişin 4-cü və 5-ci bəndlərinin pozulması məsələsi, habelə müqavilə üzrə əldə edilmiş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsləhətləşmələr dekabrın ortalarına planlaşdırılır.

“Ermənistan tərəfi sözügedən saziş üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etmək, habelə pozuntuların aradan qaldırılması üçün ardıcıl addımlar atmağa hazırdır”, - Poqosyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR