Onlayn ictimai-siyasi qəzet
Qurgen Arsenyan Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin edilib.
Musavat.com Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə sərəncamı prezident Armen Sarksyan imzalayıb.
Avqustun 13-də hakim “Mülki müqavilə”dən olan deputat Qurgen Arsenyan səlahiyyətlərinə yeni təyinat səbəbindən xitam verilib.
Qeyd edək ki, ötən ilin yayından Rusiyada səfirin dəyişdirilməsi ilə bağlı söhbətlər gedirdi. Eyni zamanda media Rusiyanın Ermənistandakı diplomatik missiyasının rəhbəri Sergey Kopırkinin dəyişdirilməsindən də yazırdı.
Görünən budur ki, Ermənistan Rusiya ilə bağlı siyasətinin yeni mərhələsinə yeni səfirlə keçir.
Buna cavab olaraq Rusiya da İrəvandakı səfirini dəyişə bilər.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ