Onlayn ictimai-siyasi qəzet
“Sülh layihəsi nə Brüsselə, nə də Moskvaya aiddir, onu hər iki tərəf hazırlayıb”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
Onun sözlərinə görə, Ermənistanın yalnız Qərb platformalarında danışıqlar aparması ilə bağlı şərhlər yanlışdır.
“Danışıqlar bir neçə yerdə, o cümlədən Rusiyada aparılır. Yaxın vaxtlarda, mayın 19-da Rusiyada xarici işlər nazirlərinin görüşü planlaşdırılır”, - deyə Ermənistan XİN rəhbərinin müavini bildirib.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ