Onlayn ictimai-siyasi qəzet
Hindistan 2024-25-ci maliyyə ilində (1 apreldən başlayaraq) Birləşmiş Ərəb Əmirliklərindən 160 tona qədər qızıl almaq niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə Hindistan Nazirlər Kabinetindəki mənbələrə istinadən PTI agentliyi məlumat yayıb.
Qızıl idxalı iki ölkə arasında 2022-ci il mayın 1-dən qüvvəyə minən Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinə uyğun olaraq həyata keçiriləcək. Müqavilə Hindistanın BƏƏ-dən güzəştli tariflə illik 200 ton qızıl almasını nəzərdə tutur. 2023-2024-cü maliyyə ilində BƏƏ-dən bu qiymətli metalın Hindistana idxalı əvvəlki maliyyə ilindəki 3 milyard dollarla müqayisədə 147,6 faiz artaraq 140 tona çatıb, onun dəyəri isə 7,6 milyard dollar təşkil edib.
Hökumətin məlumatına görə, son maliyyə ilində Hindistan qızıl idxalını artırıb, onun ümumi həcmi 30 faiz artaraq 45,54 milyard dollar təşkil edib. 2024-cü ilin aprel-iyul aylarında qlobal iqtisadi qeyri-müəyyənlik səbəbindən Hindistanın xarici qızıl alışları 4,23 faiz azalaraq 12,64 milyard dollar təşkil edib. İdxalın artırılması üçün səlahiyyətlilər qızıl və gümüş üçün gömrük rüsumunu büdcədə nəzərdə tutulan 15 faizdən 6 faizə endiriblər.
Hindistana ən böyük qızıl ixracatçısı respublikanın bu metalın ümumi alışının təxminən 40 faizini təşkil edən İsveçrədir, ondan sonra BƏƏ (16 faizdən çox) və Cənubi Afrika (təxminən 10 faiz) gəlir.
Hindistan hər il dünya bazarından 900 tona qədər qızıl alır ki, bu da ölkənin ümumi idxalının 5 faizdən çoxunu təşkil edir.
Qeyd edək ki, son 2 ildə BƏƏ-yə qızıl ixracında Ermənistanın payı durmadan artır. Bu ilin birinci yarısında İrəvan Rusiyadan alaraq BƏƏ-yə 800 milyon dollara yaxın dəyərində qızıl ixrac edib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ