İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Qərbi azərbaycanlılara kompensasiya ödəməyib-Mirzoyana faktlarla cavab

Milli Məclisin iclasında çıxış edən deputat Hikmət Babaoğlu çox vacib bir mövzudan bəhs edib.

Musavat.com-un məlumatına görə deputat bildirdi ki, Ermənistan XİN rəhbəri Qərbi azərbaycanlılara guya kompensasiya ödənildiyini iddia edir, amma bunların heç bir əsası yoxdur:

“Ermənistan xarici işlər nazirinin bu açıqlaması həm həqiqətin, həm də rəqəmlərin təhrifidir. Birincisi, Ararat Mirzoyanın dediyi kimi, 170 min deyil, 300 min azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. İkincisi, verilən kompensasiya azərbaycanlıların evləri üçün verilən kompensasiya deyil. Çünki 1988-ci ildə dekabr ayının 7-də Spitak şəhərində zəlzələ baş verdi.

1988-ci ildə müstəqil Ermənistan Respublikası yox idi. Həmin vaxt zəlzələ baş verən ərazidə yaşayan azərbaycanlılara evlərinin təmir edilməsi üçün SSRİ büdcəsindən müəyyən kompensasiyalar verildi. Amma o ödənilən kompensasiya xərcləndikdən sonra, evlər təmir edildikdən sonra, həmin evlər ermənilər tərəfindən mənimsənildi və azərbaycanlıların mülkiyyət hüququ tapdandı”. 

H.Babaoğlu Qərbi azərbaycanlılara vurulan zərərin ödənilməsini və Ermənistanın bu məsələ ilə bağlı da addımlar atmasını zəruri saydı.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR