Onlayn ictimai-siyasi qəzet
Ermənistan polisi parlament binasının qarşısına tikanlı məftillər və xüsusi texnika gətirir.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Bundan əlavə, yeni polis qüvvələri meydana çıxır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda respublika Milli Assambleyasının binasındadır. O, 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirədə iştirak edir və axşam hökumət saatı olacaq.
Bir gün əvvəl “Vətən üçün Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan vətəndaşları iyunun 12-də saat 15:00-da Yerevanın Baqramyan prospektində toplaşmağa çağırıb.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ