Onlayn ictimai-siyasi qəzet
Armen Rüstəmyan və onun partiyası (Daşnaksütyun - red.) sülh prosesini tamamilə pozmaq istəyir, hətta bunu heç gizlətmirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Mən nə Azərbaycanın, nə Rusiyanın, nə Türkiyənin, nə də başqa bir ölkənin məntiqinə görə davranmıram. Qarşı tərəfin istəyib-istəməməsindən asılı olmayaraq, biz çıxış yollarını tapmağa və irəliləməyə çalışacağıq”, - deyə erməni spiker qəribə cümlələr işlədib.
Musavat.com
08 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ