İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA seçmə turnirlərin qaydalarına dəyişiklik edə bilər

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) dünya çempionatı və Avropa çempionatının seçmə mərhələsində dəyişiklik etmək niyyətindədir.

Bu barədə "The Times" məlumat yayıb.

Mənbənin sözlərinə görə, təşkilat yayım hüquqlarının satışından əldə edilən gəlirlərin azalmasından narazıdır və təsnifat turnirlərinin keçirilməsi formulunu dəyişməyə hazırdır.

Konkret olaraq Millətlər Liqasından dünya çempionatı və ya Avropa çempionatının seçmə mərhələsinin bir hissəsi kimi istifadə edilməsi təklif olunur.

İşçi qrup eyni zamanda vahid liqa cədvəli ilə İsveçrə modelinin tətbiqini müzakirə edir. Ötən mövsümdən Avropa yarışlarında bu formatdan istifadə olunur.\\"Report" 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR