Onlayn ictimai-siyasi qəzet
Pakistan Əfqanıstanın 19 blokpostunu məhv edib
Pakistan qüvvələri Əfqanıstanla sərhəddə İslam Respublikasında hücumlar həyata keçirən terrorçu qruplara dəstək verən 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib.
Musavat.com xəbər verir ki, məlumatı Geo TV ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən yayıb. Bildirilir ki, Pakistan ordusu bazar günü Əfqanıstan qüvvələrinin Əfqanıstanla həmsərhəd rayonlarda bir neçə nəzarət-buraxılış məntəqəsini atəşə tutmasından və nəticədə bir neçə nəzarət-buraxılış məntəqəsinin məhv edilməsindən sonra cavab zərbəsi endirib. Nəticədə Talibanın 19 nəzarət-buraxılış məntəqəsi ələ keçirilib.
Telekanalın məlumatına görə, Əfqanıstan ordusu ağır itki verib. Əfqanıstan qüvvələrinin atəş dəstəyi ilə sərhədi keçməyə cəhd edən İŞİD (İslam Respublikasında terrorçu qrup kimi tanınır) və Pakistan Talibanının yaraqlı qrupları da məhv edilib.
Pakistan ordusu artilleriya, tanklar, yüngül və ağır silahlardan istifadə edib. Bundan əlavə, yaraqlıların sığınacaqlarına zərbələr endirmək üçün təyyarə və dronlardan istifadə edilib. Pakistanın Hayber Paxtunxva əyalətində yaşayan qəbilə ağsaqqalları Pakistan ordusunun hərəkətlərini dəstəklədiklərini bildiriblər.
Vurğulanır ki, Pakistanın Əfqanıstanın təcavüzünə cavab verməsi müharibə aktı kimi qəbul edilməməlidir. Pakistan ordusunun cavab əməliyyatları yalnız sığınacaqlara və yaraqlılar üçün təlim düşərgələrinə qarşı yönəlib, Əfqanıstanın mülki əhalisi İslam Respublikası ordusunun hədəfi deyil..
Musavat.com
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ