İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində Qarabağ MÜBAHİSƏSİ 

““Dağlıq Qarabağ Respublikası” termini Ermənistan Respublikasının çoxsaylı qanunlarında, eləcə də müxtəlif müqavilələrdə istifadə olunur”.

Musavat.com xəbər verir ki, bunu revanşistlərdən ibarət “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan parlament iclasında söyləyib.

Minasyan və özü kimi düşünənlər parlamentə “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası” adlı qondarma qurumun işinin bərpa edilməsi barədə məsələ qaldırıblar.

Bununla erməni deputat əks fikirdə olan Ermənistan parlamentinin sədri Alen Simonyanla mübahisəyə girib. Müxalifətçinin sözlərinə görə, bu və ya digər formatın aradan qaldırılması məsələsini ayrı-ayrı məmurlar deyil, dövlət qurumları həll edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR