Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində itkin düşmüş hərbçilərin ailələrinin iştirakı ilə qapalı dinləmələr keçirilir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli parlamentin bu iclasına Ermənistanın baş prokuroru Anna Vardapetyan, İstintaq Komitəsinin sədri Artur Poqosyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, müdafiə nazirinin müavini Arman Sərkisyan və digər yüksək vəzifəli şəxslər gəliblər.
Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan parlament dinləmələrində xüsusi məruzə ilə çıxış edəcək.
Müzakirənin üç saat davam edəcəyi bildirilir.
Parlament sədri Alen Simonyan iclasdan iştirakçıları bir-birlərinə hörmətlə yanaşmağa çağırıb.
Musavat.com
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ