İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamenti Aİ-yə üzvlüyü müzakirə edəcək - Tarix açıqlandı

Ermənistan parlamenti fevralın 11-14-də keçiriləcək növbəti sessiyasında Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinə baxacaq.

Musavat.com-un xəbərinə görə, bu barədə TASS-a parlament spikerinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.

“Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsi çox güman ki, parlamentin 11-14 fevral sessiyasında gündəliyə daxil ediləcək”, - o bildirib.

Gözlənilir ki, bu gün Milli Məclisin müvafiq komitəsi qanun layihəsinə baxaraq qanunverici orqanın əsas gündəliyinə daxil edəcək.

Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanmasına dair qətnamə layihəsini təsdiqləyib və o, parlamentin müzakirəsinə çıxarılacaq.

Respublikanın baş naziri Nikol Paşinyan qeyd edib ki, bu, İrəvanın ittifaqa avtomatik qoşulması demək deyil, çünki məsələ referendum tələb edir.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya Ermənistanda Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini respublikanın Avrasiya İqtisadi Birliyindən çıxmasının başlanğıcı kimi qiymətləndirir. Onun sözlərinə görə, Aİ-yə daxil olmaq ölkənin Avrasiya İqtisadi Birliyinə üzvlüyü ilə bir araya sığmır. Öz növbəsində, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvanın birlikdən çıxmaq niyyətində olmadığını iddia edib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR