İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusunda YENİ NİZAMNAMƏ

Ermənistan silahlı qüvvələrinin yeni daxili xidmət nizamnaməsi olacaq, bununla bağlı müvafiq qanun layihəsi hazırlanır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib.

Yeni nizamnaməyə keçid orduda ümumi islahatlar çərçivəsində həyata keçiriləcək. Məlumata görə, nizamnamənin yekun variantı hələ hazır deyil, lakin bəzi detallar artıq məlumdur. Orada xüsusilə "Ura!", "Yaşasın!" təntənəli nidasının dəyişdirilməsi nəzərdə tutulur. Eyni zamanda, müəlliflər hərbçi öz rəislərinə müsbət və ya mənfi cavab verdikdə "Elədir ki, var" və "Heç bir halda yoxdur" sözlərini dəyişməyi planlaşdırmırlar.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçular üçün yeni geyim formasının tətbiqi ilə bağlı planlarını açıqlamışdı. Burada da NATO standartlarının nəzərə alınacağı qeyd olunmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR