İnsanlara hürriyət, millətlərə istiqlal!

Tariflər bu il ABŞ-a 17 trilyon dollardan çox investisiya gətirəcək – Tramp

Tətbiq olunan idxal tarifləri bu il ABŞ-a 17 trilyon dollardan çox investisiya cəlb edəcək.

Musavat.com
xəbər verir ki, ABŞ prezidenti Donald Tramp belə hesab edir.

Tramp göstəricini Böyük Britaniyanın baş naziri Key Starmerlə baş nazirin ölkə iqamətgahı olan Çekersdə keçirdiyi görüşdə açıqlayıb: "Bu il ölkəmizə 17 trilyon dollardan çox sərmayə qoyulacaq. Bu, bizim ötən il etdiyimizdən dəfələrlə çoxdur. Biz heç vaxt belə sərmayə görməmişdik. Tariflər olmasaydı, biz bunun yalnız bir hissəsinə nail olardıq". O, bundan əvvəl əmin olduğunu bildirmişdi ki, yeni tariflər şirkətləri istehsalı ABŞ-a köçürməyə məcbur edir.

Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumlar tətbiq etdiyini açıqlayıb. Amerika lideri daha sonra bir sıra ölkələr üçün tarif dərəcələrinə düzəlişlər edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR