İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2,7 dəfə azalıb

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici dövriyyəsinin həcmi 32 milyard 118 milyon dollara bərabər olub.

Musavat.com-un Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata istinadən apardığı hesablamaya görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz, yaxud 1 milyard 122,5 milyon dollar çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 17 milyard 65 milyon 353.80 min dolları ixracın(2024-cü ilin eyni dövründə 18 milyard 231 milyon 540.68 min dollar), 15 milyard 52 milyon 651.03 min dolları idxalın(12 milyard 763 milyon 883.06 min dollar) payına düşüb. Bu isə ixracın 6,4 faiz azaldığını, idxalın isə 18 faiz artdığını göstərir. Nəticədə, xarici ticarət dövryiyyəsinin müsbət saldosu 63,2 faiz, yaxud 2,7 dəfə azalıb.

Yalnız avqust ayında ixrac iyuldakı 2 milyard 348 milyon dollara qarşı  1 milyard 838 milyon 327.83 min dollar təşkil etməklə 509 milyon 677.45 min dollar azalıb. Bu şəraitdə idxalın 652 milyon 663.17 min dollar azalması aylıq ticarətdə mənfi saldodan qaçmağa imkan verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR