İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusunda qan töküldü

Sentyabrın 15-də Ermənistan ordusunda növbəti qanlı hadisə baş verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, çağırışçılardan biri silahı doldurarkən ehtiyatsızlıqdan avtomatdan atəş açıb.

İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə daha bir çağırışçı əsgər başının arxasından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Sonuncu əməliyyat olunub və hazırda onun həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Bildirilir ki, KİV-lərdə döyüş mövqeyində olan iki hərbçinin bir-birinə atəş açması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR