Onlayn ictimai-siyasi qəzet
“Baş nazir Nikol Paşinyanın siyasəti “türk təriqəti”nin istəyinə uyğun aparılır. Bu adam əlinə keçəni dağıdıb, murdarlayıb, indi isə növbə dövlət rəmzlərindədir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri avqustun 28-də “Ana Ermənistan” blokunun üzvü Naira Melikyan deyib.
“Paşinyanın Müstəqillik Bəyannaməsinə dəyişiklik etmək istəyi təkcə erməni kimliyinə qarşı bir addım deyil, həm də Qarabağın Azərbaycana təslim olmasını qanuniləşdirmək istəyidir. Bu sənəd ona mane olur, çünki Bəyannamədə müvafiq müddəa varsa, Qarabağın təslim edilməsi cinayət məsuliyyətinə çevrilir. Sabah bu məsuliyyətdən qaçmaq üçün İstiqlal Bəyannaməsini pozmağa çalışır.
Bu addım ona bu gün Qarabağı, sabah Süniki, sonra isə İrəvanı təslim etməyə imkan verəcək. Əslində, bu, Ermənistanın müstəqilliyinə qəsddir”,-deyə Melikyan hesab edir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ