İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müsabiqəyə qatılır - Trans göndərəcək

Ermənistan ilk dəfə olaraq transgenderlər üçün "Miss Star İnternational" gözəllik müsabiqəsinə öz iştirakçısını göndərəcək. Yarışmada ölkəni transseksual Diana Xzroyan təmsil edəcək. 

Musavat.com xəbər verir ki, bu barədə telegram kanalları məlumat yayıb.

Müsabiqə 2024-cü ilin dekabrında Braziliyanın Sao Paulo şəhərində keçiriləcək.

Qeyd edək ki, "Miss Star İnternational" (əvvəllər Miss Trans Star International ) transgender qadınlar üçün gözəllik müsabiqəsidir. İlk dəfə 2007-ci ildə Madriddə keçirilib.

Qalib iştirakçıya tac və pul mükafatı verilir. 2016-cı ildə müsabiqənin adı "Miss Trans Star International", 2023-cü ildən isə dəyişdirilərək "Miss Star International" adlandırılıb.

Hazırkı "Miss Star International"ın qalibi nigeriyalı Veso Goldendir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

18 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR