Onlayn ictimai-siyasi qəzet
Ermənistan Müdafiə Nazirliyinin Sünik rayonunda yerləşən ordu korpusunda qovulmalar gözlənilir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzetin xəbərinə görə, Ermənistan Müdafiə nazirliyinin rəhbərliyi son vaxtlar ciddiləşən və çox vaxt əsgərlər üçün ölümcül nəticələrə səbəb olan döyüş mövqelərində yatmaq mövzusunu müzakirə edib.
Qəzet dünən, Ermənistanın N saylı hərbi hissəsinin hərbçiləri Artem Haykazyan və Armen Xaçatryanın arasında keçən ölümcül mübahisəni də xatırladıb.
“Əldə etdiyimiz məlumata görə, əsgərlər döyüş mövqeyində yatmaq mövzusu ətrafında növbəti dəfə mübahisə edib, bundan sonra vəziyyət gərginləşib və onlar bir-birinə atəş açıblar. Xatırladaq ki, avqustun 10-da dünyasını dəyişən hərbçi Jora Karapetyanın işi üzrə artıq iki məhbus var. İstintaqın məlumatına görə, əsgəri intihara sürükləyən həmkarları olub. Səbəb yenə növbətçinin mövqeyində yuxuya getməsi imiş",- deyə, qəzet yazır.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ