İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan mediasından Qarabağın baş separatçısına İTTİHAM

Ermənistan parlamenti dünəndən dörd günlük iclaslara start verib. Əvvəlcədən elan olunduğu kimi, gündəliyə əsassız şəkildə Qarabağ məsələsilə bağlı müzakirə də daxil edilib.

“Hraparak” qəzeti yazır ki, oyuncaq “Artsax” Milli Assambleyasının müxalifət fraksiyalarından olan bir sıra deputatları bir gün əvvəl Qarabağ məsələsi ilə bağlı “Mənim şərəfim var” fraksiyasının təşəbbüsü ilə keçirilən parlament dinləmələrində iştirak ediblər. Lakin dəvət Samvel Babayanın “Vahid Vətən” fraksiyası tərəfindən rədd edilib. “Hakim “Azad Vətən”in deputatı” Aramais Ağabekyana ünvanlanmış dəvəti qəbul edib, lakin dinləmələr günü hava şəraitinin pis olması səbəbindən deputatların Ermənistana gələ bilməyəcəyini bildirib.

“Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan bunu təsdiqləyib:

“Həmkarlarımızın bəziləri daha tez gəlib, bəzilərinin isə sadəcə vaxtı olmayıb, üzr istəyiblər və bunu başa düşmək olar”, deyib.

“Bu arada şübhələr var ki, Araik Arutyunyanın tərəfdaşları sadəcə olaraq Ermənistan hakimiyyətindən qorxaraq, onun göstərişi ilə parlament dinləmələrini boykot ediblər. Yoxsa müxalifətçilər kimi onlar da daha tez gələrdilər və ya həftə sonları Ağveranda Mülki Müqavilə ilə maarifləndirici mövzuları müzakirə edənlər orada olardılar”, - qəzet yazır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR