İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan KTMT-dən çıxması ilə hansı mesajı verir? - ŞƏRH

Aydındır ki, bölgədə yeni savaş ocağı yaratmağa çalışan xarici qüvvələr var və o qüvvələr indi Ermənistanı silahlandırır, təlimləndirir və siyasi-hərbi orientasiyasını dəyişməyə çalışırlar.

Bunu Musavat.com-a şərhində Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə bildirib.

Ekspert hesab efir ki, nəticə olaraq bu, Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsinə hesablanıb və əslində birbaşa olaraq Rusiyanın bölgədəki maraqlarına təhdiddir:

1692188263303505561_1200x630 (1).jpg (239 KB)

"Çünki Paşinyanın Ermənistanın KTMT-də üzvlüyünü dondurmasını bəyan etməsi, Rusiya orbitrindan çıxması deməkdir. Nəzərə alsaq ki, Ermənistan müstəqillik əldə etdiyi gündən indiyədək onun sərhədlərinin qoruycusu, özünün də hamisi Rusiya idi, bəlkə də bu sərhəd təxribatları ilə ermənilər göstərməyə çalışırlar ki, Rusiya artıq onun sərhədlərinin müdafiəsində durmağa qadir deyil. Onsuz da bu iddia Paşinyanın dilindən dəfələrlə səslənib, xüsusilə 2022-ci ildəki hərbi əməliyyatlardan sonra. 2023-cü ilin 1 günlük antiterror tədbirindən sonra isə Paşinyan həm də Rusiya “sülhməramlıları”nın öz vəzifə öhdəliklərinin üstündən gələ bilmədiyini bəyan etmişdi. Beləliklə, Ermənistan rəhbərliyinin hazırki siyasəti Rusiyanın bacarıqlarının diskreditə olunmasına, regional təsir gücünün minimuma endirilməsinə hesablanır. Lakin, əsas məsələ Rusiyanın hesablarıdır, yəni son anda Paşinyan 2008-ci il Gürcüstanı, 2014-2022-ci illər Ukraynası kimi nəhayətində Rusiya ilə hesablaşmalı olacaq və həmin hesab anında erməni politoloqlarının da etiraf etdiyi kimi, Qərb onlara silahdan başqa heç nə vəd etməyəcək".

Ş.Cəlilzadənin fikrincə, bizim üçün əsas olan Ermənistanın Rusiyanı hədəfə alan, lakin Azərbaycana qarşı yönələn aqressiyasının tərəfimizdən cilovlanmasıdır:

"Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, heç bir təxribat cavabsız qalmayacaq. Bildiyimiz kimi 24 fevralda Naxçıvanın Dəvəli rayonu, Arazdəyən yaşayış məntəqəsi istiqamətində, ondan öncə isə 12 fevralda Zəngilan ilə Qafan rayonu arasındakı şərti sərhəddə, yəni tarixi Zəngəzur torpaqlarında atəşkəs pozulmuşdur. Bu, son 2 həftədə Zəngəzur dəhlizinin 2 uc nöqtəsində atəşkəs rejiminin pozulması deməkdir. Təxribatları törədən Ermənistan tərəfi olsa da, hətta bu Paşinyan tərəfindən də, o cümlədən Qərbdə etiraf olunsa da,  qəribədir ki, onlar “Azərbaycan hücuma hazırlaşır” tezisini yaymağa çalışırlar. Bununla yanaşı qeyd olunmalıdır ki, əgər Ermənistan beynəlxalq hüquq və prinsiplərini özündə əks etdirən 5 şərtlə sülh müqaviləsindən daha çox boyun qaçırmağa davam edərsə, gec-tez toqquşma qaçınılmaz olacaq. Belə ki, biz tarixi ədalətin bərpasına, yəni 7 rayonun azad olunmasına, strateji yüksəkliklərin geri alınmasına, Laçın dəhlizində nəzarətin təmin olunmasına, və nəhayət separatçı qurumun birdəfəlik ləğv olunmasına məhz güc yolu ilə nail ola bildik və heç biri sülh vasitələrilə əldə olunmayıb. Odur ki, ərazi bütövlüyünün tam təmini istiqamətində, yəni 8 kəndin azad olunması üçün, həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində hərbi addımlar sülh danışıqlarının tam fiaskoya uğraması halında atıla bilər. Əvvəl-axır azərbaycanlılar o yolu açacaqdır. Ermənistanın KTMT-dən çıxması isə ölkə daxilində keçiriləcək hərbi əməliyyatların Rusiya və ya KTMT-nin heç bir mənfi-reaksiyası ilə müşayiət olunmamasına dair mesaj verir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR